İndi hər kəs TamKart ala bilər
(®️) Azərbaycan Beynəlxalq Bankı TamKart sahibi olmaq istəyən müştərilərin seçim imkanlarını daha da genişləndirib. İndi debet rejimində istifadə edilən TamKart Debet məhsulunu da Bankdan əldə etmək olar.
İndiyə qədər TamKart sahibi olmaq istəyən şəxs üçün kredit xətti açıldığından müştərinin rəsmi iş yerinin olması tələb edilirdi. Amma indi hər kəs TamKart sahibi ola, öz vəsaitlərini kart hesabına yerləşdirərək nağdsız ödənişlər aparıb kəşbək qazana bilər.
Elə TamKartın müştərilər üçün əsas üstünlüyü də ödənişlər zamanı onlara kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən faizini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində isə Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı əlavə kəşbəklər də müştərinin kart hesabına geri qayıdır.
TamKart Debet məhsulu müştərilərə 4 növdə təqdim edilir: VISA TamKart Classic, Mastercard TamKart Standard, TamKart Gold (VISA/MC), TamKart Platinum (VISA/MC) və TamKart Premium (VISA/MC). TamKart Debet kartının ön tərəfində debet, arxa tərəfində kredit kart məlumatları əks olunur. Kartdan istifadə müddəti 5 ildir (TamKart Premium - 3 il).
TamKart Debet-in əsas özəllikləri:
-TamKart Classic/TamKart Standard, qiymət - 20 AZN, kəşbək-1%
-TamKart Gold, qiymət - 50 AZN, kəşbək-1%
-TamKart Platinum, qiymət - 100 AZN, kəşbək-1.5%
-TamKart Premium, qiymət - 300 AZN- kəşbək-1.5%
Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





