Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır
“Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb.(®️) Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən “Azercell Telekom” ilin əvvəlindən bu günə kimi rəqəmsal məhsullar çeşidini əhəmiyyətli dərəcədə zənginləşdirdi. Yeni mobil tətbiqlər vasitəsilə istifadəsi mümkün olan müxtəlif rəqəmsal həllər fərqli zövq və tələbatlara uyğun şəkildə abunəçilərin maraqlarını qarşılamaqda və gündəlik həyatı asanlaşdırmaqda davam edir.
Qeyd edək ki, ötən illə müqayisədə Azercell Rəqəmsal Həllərindən istifadə edən abunəçilərin sayı 35% yüksələrək 500 000 nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.
Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verən Azercell-in “Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda “Biznes” kateqoriyasında ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb. Belə ki, hazırda 270 000-dən artıq abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi “App Store” və “Playstore” statistikası üzrə ən yüksək pillələri tutmaqdadır.
COVİD-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu ilk aylardan etibarən Azercell abunəçilərin sosial təcrid şəraitində zamanlarını səmərəli keçirə bilmələri üçün rəqəmsal həllərin çeşidini artırmaqla yanaşı, onların istifadəçiləri üçün müxtəlif endirimli kampaniyalar da tətbiq etdi.
Belə ki, bütün musiqisevərlər Azercell-in “Zvuk” tətbiqində aylıq paketə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən tam limitsiz istifadə imkanından faydalandı. Hazırda dünya müsiqisilə yanaşı “Zvuk” mobil tətbiqinə böyük həcmdə müxtəif janrlı Azərbaycan dilli musiqi məzmunu da yüklənilib.
Eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur “Busuu” tətbiqinin aylıq paketi 50% endirimlə Azercell abunəçilərinin ixtiyarına verildi. Həmçinin, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı və şəhid ailələrindən olan, eləcə də autizmdən əziyyət çəkən minə yaxın məktəbliyə Azercell 6 aylıq pulsuz “Busuu” xarici dil kurslarını hədiyyə etdi.
Abunəçilərin sevdiyi serialları asanlıqla smartfondan izləməyə imkan verən “BluTV” və 200-dən artıq dünyanın ən baxımlı kanallarını seyr etməyə şərait yaradan “NNTV” tətbiqləri isə abunəçilər arasında istifadə müddətinə görə rekord hədlərə çatan proqramlardır. “NNTV” xidmətinin yeni “Sports” (“İdman”) paketinə abunə olmaqla idman azərkeşləri ən populyar matçlar və idman yarışlarını seyr edə bilir. Bundan əlavə “NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.
Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: www.azercell.com/az/
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)





.jpg)





