“AccessBank”dan biznes müştərilərinə dəstək!
(®️) “AccessBank”,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma əldə edib.
Razılaşmaya əsasən, “AccessBank”ın biznes fəaliyyəti ilə məşğul olan və pandemiya səbəbindən biznes kreditlərini ödəməkdə çətinlik çəkən cari müştəriləri bir çox güzəştlərdən yararlana biləcəklər.
Belə ki, Bankın 10 mart 2020-ci il tarixinədək kredit ödəməsində 60 gündən çox gecikməsi olmayan cari müştəriləri bununla bağlı olaraq, Banka müraciət edə bilərlər. Bu zaman müştərinin sənədləri dövlət tərəfindən güzəşt əldə olunması üçün toplanaraq SİF-na təqdim olunur. Müraciət təsdiqləndiyi halda, müştərinin kreditinin 1 illik faizinin 10%-i 2020-ci ilin mart ayından etibarən dövlət tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





