Beynəlxalq Bankdan iş adamları üçün daha bir imkan
(®️) Hər zaman müştərilərin yanında olan Azərbaycan Beynəlxalq Bankı qarantiyalarından faydalanan müştərilərin seçim imkanlarının artırılması, onların valyuta risklərindən sığortalanması üçün daha bir addım atıb. Bank xarici valyuta hesabında vəsaiti olan iş adamlarına həmin vəsaitin müvafiq ekvivalentinin bloklaşdırılması hesabına manatla qarantiya əldə etmək imkanı yaradıb.
Qeyd edək ki, indiyə qədər milli valyutada qarantiya əldə etməkdən ötrü iş adamları müvafiq məbləğdə xarici valyutanı manata çevirməli idilər. İndi isə Azərbaycan Beynəlxalq Bankında xarici valyutası olan müştərilərin manat qarantiyası əldə etmək üçün belə bir konvertasiya əməliyyatı həyata keçirmələrinə ehtiyac yoxdur.
Bank qarantiyası iş adamlarının tərəfdaşlıq imkanlarını genişləndirən, bu sahədə riskləri azaldan çox faydalı məhsuldur. Bütün dünyada biznes münasibətlərində bank qarantiyası xidmətindən geniş istifadə edilir. Bank tərəflərin bağlanmış əqd üzrə öhdəliklərini yerinə yetirəcəklərinə əvvəlcədən yazılı təminat verir. Beləliklə, biznes razılaşmalarının əldə olunması sürətlənir. Risklər aradan qalxmış olur.
Azərbaycan Beynəlxalq Bankı iş adamları üçün həm yerli səviyyədə, həm də xarici müxbir əlaqələri hesabına beynəlxalq miqyasda ən geniş qarantiya imkanları təqdim edən banklardandır. Bu sahədə zəngin təcrübəsi ilə bank sahibkarların biznesinə yaxından dəstək olur.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























