Bank BTB karantin günlərində müştərilərin xidmətindədir
(®️) Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun – 5 iyul tarixləri arasında ölkə ərazisində karantin rejimi sərtləşdirilib. Xüsusi karantin rejiminin davam etdiyi günlərdə yalnız fəaliyyətinə icazə verilən sahələr əhaliyə xidmət edir.
Qeyd edək ki, fəaliyyət icazəsi olan sahələr sırasında Maliyyə təşkilatları üzrə Bank sektoru da gücləndirilmiş karantin rejimi çərçivəsində fəaliyyətinə davam edir.
Əhali ilə birbaşa təmasda olan banklar, xüsusilə onların filialları Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə aparılan tədbirlərə xüsusi riayət edir. Məqsəd paytaxt şəhər və bölgələrdə əhaliyə mütəmadi maliyyə xidmətlərinin göstərilməsi, bank xidmətlərindən fasiləsiz, tələb olduğu anda əlçatanlığın təmin edilməsidir.
Bank BTB də öz növbəsində koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması məqsədilə istər işçilər, istərsə də, müştərilərə münasibətdə xüsusi karantin qaydalarına ciddi əməl edir. Belə ki, müştərilər və əməkdaşlar maska və spirt məhlulu ilə təmin olunur, bədən hərarəti ölçülür, müştərilərə xidmətdə sosial məsafə və növbəlilik prinsipi əsas tutulur, eləcə də əməkdaşların iş rejimində məsafədən fəaliyyətə məhdudiyyət qoyulmur. Bunlarla yanaşı, Bank BTB-nin təklif etdiyi onlayn xidmətlər imkan yaradır ki, müştərilər banka gəlmədən kredit üzrə ödənişlərin edilməsi, əmanət üzrə vəsaitin artırılması, plastik kart və cari hesab balansına vəsaitlərin mədaxili, depozit, kart və cari balans üzrə hesaba nəzarət edilməsi və digər bir çox bank əməliyyatlarını rahatlıqla həyata keçirsinlər.
Məlumat üçün bildirək ki, Bank BTB onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/), 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsi, eləcə də (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı ilə həftəiçi 5 gün müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























