Bakı Nəqliyyat Agentliyi az tanınan şirkətə 1,8 milyon manat ödəyəcək
Bakı Nəqliyyat Agentliyinin elan etdiyi “Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin” satınalınmasına dair tenderin qalibinin “Techmaster” MMC (VÖEN: 2003756061) olduğu açıqlanıb.
Marja xəbər verir ki, Agentlik “Techmaster” şirkəti ilə 1 milyon 780 min manatlıq satınalma müqaviləsi bağlayıb.
2020-ci ildə “Techmaster” şirkəri 2-ci dəfədir ki, Bakı Nəqliyyat Agentliyinin tenderində qalib olur.
Belə ki, Mart ayında “Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin” satınalnması tenderinin qalibinin də “Techmaster” MMC olduğu açıqlanmışdır. Bu tender üzrə Bakı Nəqliyyat Agentliyi “Techmaster” MMC ilə 4 milyon 510 min manatlıq satınalma müqaviləsi imzalanmışdı.
“Techmaster” şirkəti bu 2 tender üzrə Agentılikdən 6 milyon 310 min manat alacaqdır.
“Techmaster” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski ev 39, m 45-dir. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Sərdar Əbülfət oğlu Həsənovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




