"Sifarişlər artsa da, çoxundan imtina edirik"
Azərbaycanda “Maarifləndir ki, müştəri qazanasan” şüarı ilə fəaliyyət göstərən Marcom şirkətinin rəqəmsal marketinq xidmətlərinə olan tələbat artıb.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev Marja-ya məlumat verərək bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar rəqəmsal marketinq xidmətlərinə olan tələb artsa da, bu istiqamətdə olan problemlər də artıb:
“Gün ərzində müxtəlif şirkətlərdən qəbul etdiyimiz zənglər göstərir ki, şirkətlər rəqəmsal dünyaya inteqrasiya olunmağa ciddi maraq göstərirlər. Hal-hazırda şirkətlər daha çox öz veb platformalarına onlayn satışı inteqrasiya etmək, ümumilikdə platformanı e-kommers-ə çevirmək, google (SEO, Google reklamları) vasitəsilə potensial müştərilərin qarşısına çıxmaq, mobil tətbiq yaratmaq kimi xidmətləri dəyərləndirmək istəyirlər. Sadalanlar tez bir müddət ərzində müştəriləri tam qane edəcək formaya gələ bilməz. Bütün bu proseslər müəyyən zaman və mərhələlərdən keçir. Biz müştərilərlə hər hansı bir xidmət üzərindən əməkdaşlıq etməzdən əvvəl onları maarifləndiririk ki, keçəcəyi bütün mərhələlərlə bağlı məlumatlı olsun və sifarişini vermədən öncə bir daha düşünsün. Hətta bir çox şirkətlərin sifarişlərini icra etməkdən belə imtina edirik. Bunun əsas səbəbi həmin şirkətlərin fəaliyyət istiqamətləri üçün e-kommers, mobil tətbiq və ya google-da reklamlarının effektiv olmamasıdır. Digər bir səbəb isə sözü gedən xidmətlərin effektiv olması üçün tələb olunan zaman, məhdud büdcə və icraçı tərəf ilə çalışa biləcək, bu sahədən anlayışı olan koordinasiyalı şəxslərin olmamasıdır. Onlayn satış platformalarının yaradılması və bazara otuzdurulması uzunmüddətli bir işdir. Biz müştəriləri maarifləndirərək həm bazarı, həm də onları fəaliyyəti müvafiq kriteriyalara cavab verməyən agentlik və ya fərdlərdən qorumağa çalışırıq.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti bu yaxınlarda bazar iştirakçıları üçün rəqəmsal marketinq xidmətləri çərçivəsində kontent marketinq xidmətini də istifadəyə vermişdir. Şirkət, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının marketinq üzrə konsultantıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



