AGBank müştərilərə verilən kreditləri artırıb
“AGBank” ASC 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə “AGBank”ın cəmi əməliyyat gəlirləri 8 milyon 530 min manat, cəmi əməliyyat xərcləri isə 10 milyon 154 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 1 milyon 624 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 616 min manatın azad olması hesabına zərər 1 milyon 8 min manata düşüb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2020-ci il tarixində “AGBank” 459 milyon 16 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin eyni tarixi ilə müqayisədəd 4 milyon 486 min manat və ya təxminən 1% çoxdur. “AGBank”ın müştərilərə verdiyi kreditlər isə 17 milyon 935 min manat və ya 8% artaraq 240 milyon 932 min manata yüksəlib.
“AGBank”da depozitlər 208 milyon 166 min manatdan 209 milyon 355 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində “AGBank” 50 milyon 101 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 5 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
13 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)




.jpg)








