Bu balı alıcılar əvvəldən sifariş verirlər
Tütün balı ürək-damar xəstəliklərinin əsl dərmanıdır.Arı məhsulları içərisində tütün balı özünün müalicəvi əhəmiyyəti ilə seçilir. Bu balı arılar tütün bitkisinin çiçəyindən toplayaraq hazırlayırlar. Onun qoxusu da digərlərindən fərqlənir, qara rəngdə olur. Tütün balı ürək-damar xəstəliklərinin əsl dərmanıdır.
Naxçıvan Muxtar Respublikasında tütünçülüyün inkişafı burada tütün balının istehsalının artırılmasına da şərait yaradır.
Belə ki, ilk olaraq 2017-ci ildə Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkini aparılıb. Növbəti ildə isə tütün əkilən sahələrin həcmi daha da artırılıb. 2018-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılıb. Bu da bir il öncəki göstəricidən 32,5 hektar çox idi. 2019-cu ildə Kəngərli rayonunda 30, Babək rayonunda 18, Şərur rayonunda isə 2 hektar olmaqla, ümumilikdə, 50 hektar sahədə tütün əkini aparılıb.
“Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Mərkəzindəki istixanalarda tütün şitilləri yetişdirilib. Kəngərli rayonunun ərazisindəki istixanalarda 50-55 gün ərzində əkilən toxumlar şitil halına gətirilib. Bu şitillər bir neçə gün sonra sahələrə köçürülərək əkiləcək.
Tütün digər bitkilərdən gec – sentyabr ayında çiçək açır. Həmin müddətə qədər arılar digər bitkilərin çiçəyindən istifadə edirlər. Buna görə də istehsal edilən bal digər çiçəklərdən alınmış bal ilə qarışmış şəkildə olur. Lakin bununla belə, balın tərkibində tütünün qoxusunu və fərqli dadını hiss etmək mümkündür. Bu, eyni zamanda, balın müalicəvi əhəmiyyətini də artırır.
Bu balın istehsalı ilə məşğul olan Kəngərli rayonunun Təzəkənd sakini Habil Abbasov bildirib ki, tütün balına istehlakçılar tərəfindən böyük maraq göstərilir. Alıcılar əvvəldən sifariş verirlər.
Habil Abbasovun dediyinə görə, arıçılığı onlar dədə-baba peşəsi hesab edirlər. Vaxtilə atası Nemət Abbasov bu işlə məşğul olub. O, 1992-ci ildən ailə ənənəsini davam etdirir. Habil Abbasov bildirib ki, Təzəkənd, Xıncab, Çalxanqala yaşayış məntəqələri keçmişdən arıçılığın inkişafı üçün əlverişli ərazilərdən olub. Bölgənin coğrafi iqlim şəraiti bu sahənin inkişafında böyük rol oynayıb. Buranın balı da təbii xüsusiyyətlərdən asılı olaraq tamı ilə seçilib. Sovet dövründə də arıçılıq bölgənin kənd təsərrüfatında müəyyən rol oynayıb. Belə ki, ötən əsrin 70-ci illərində muxtar respublikada ən böyük arıçılıq təsərrüfatı Çalxanqala kəndində yerləşən Dzerjinski adına sovxozun tərkibində yaradılıb. O zamanlar Təzəkənd, Xıncab, Çalxanqala kəndlərinin sovetliyi də bu kənddə yerləşib. Həmin dövrdə, təbii ki, dövlətin nəzarətində olan bu təsərrüfatda qonşu kəndlərin sakinlərindən də çalışanlar olub. Hətta aylıq maaşların müqabilində işçilərə müxtəlif kənd təsərrüfatı məhsullarının paylandığı məvacib müəyyən ölçüdə balla da ödənilib. Ancaq ötən əsrin 80-ci illərində həmin təsərrüfatın Nehrəm kəndinə köçürülməsi nəticəsində bölgədə arıçılıq bir təsərrüfat sahəsi kimi tənəzzülə uğrayıb. Hətta deyilənlərə görə, Nehrəmə aparılan arı ailələri qısa müddətdə məhv olub. Müstəqilliyimizin ilk illərində isə arıçılıqda təcrübəsi olan bəzi kənd sakinləri yenidən bu sahəyə maraq göstəriblər.
©️ Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)





.jpg)









