Azərbaycanın idxalı azalıb
Azərbaycanın idxalı 500 milyon dollar yaxın azalıb.2020-ci ilin yanvar-mart dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 620 milyon 126 min ABŞ dolları idi. Xarici ticarət əməliyyatlarının həcminin azalması əsasən idxalın azalmasından qaynaqlanır.
İDXAL ÇOX, İXRAC CÜZİ AZALIB
Marja Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 3 ayında idxal əməliyyatları üzrə 2 milyard 636 milyon 969 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 4 milyard 206 milyon 765 min ABŞ dolları məbləğində ticarət aparılıb. Saldo müsbət 1 milyard 569 milyon 795 min dollar olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 3 ayında idxalın məbləği 3 milyard 135 milyon 576 min dollar, ixracın məbləği 4 milyard 484 milyon 549 min dollar, saldo isə müsbət 1 milyard 348 milyon 972 min dollar təşkil etmişdi.
XAM NEFT SATIŞINDAN GƏLİR DƏ CÜZİ AZALIB
Azərbaycana xam neft ixracından daxilolma 3 milyard 534 milyon 348 min dollardan 3 milyard 522 milyon 698 min dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























