Hesab.az-dan Optimal Electronics-ə ödəniş mümkün oldu
(®️) Azərbaycanda ən böyük onlayn ödəmə portalı olan Hesab.az artıq 9 ildir ki, istifadəçilərin xidmətindədir.
Müasir dövrün texnoloji yeniliklərini öz xidmətlərinə tətbiq etməklə istifadəçilərinə daha keyfiyyətli xidmət göstərməyi hədəfləyən, eləcə də karantin rejimində insanların evdən rahat şəkildə ödənişlərini etmələrini təmin edən Hesab.az, çoxdandır gözlənilən Optimal Electronics-i ödənişlər sırasına əlavə edib.
Mağaza kreditləri bölməsində yer alan Optimal Electronics üzrə kreditlərini istifadəçilər evdə qaldıqda belə, heç bir yerə getmədən, bir neçə dəqiqə ərzində Hesab.az veb səhifəsində və mobil tətbiqində tam təhlükəsiz və vaxt itirmədən ödəyə biləcəklər. Ödənişin həyata keçməsi üçün istifadəçilər Hesab.az veb səhifəsi və ya mobil tətbiqində “Mağaza kreditləri” bölməsinə keçid alaraq, Optimal Electronics ödənişini seçməlidirlər. Daha sonra müvafiq olaraq “Müqavilə nömrəsi” və “FİN kodu” qeyd etməklə ödəniş edə bilərlər. Bununla yanaşı hazırda istifadəçilər mağaza kreditləri bölməsində Baku Electonics və İrshad telecom üzrə kreditləri də onlayn həyata keçirə bilirlər.
Yeni kampaniya və funksional yenilikləri ilə Hesab.az istifadəçi sayını və mövcud bazarda tutduğu mövqeyini daha da genişləndirmək məqsədilə daim yeniliklər etməyə davam edir. Yeniliklərdən ilk xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında (Facebook, Instagram) izləməyi unutmayın.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




