İcazələrin alınması sistemi işə salındı
Xəbər verdiyimiz kimi, Aprelin 5-dən dövlət orqanlarının, özəl şirkətlərin əməkdaşlarının, könüllülərin hərəkətinə onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcəkdir.
Marja xəbər verir ki, https://icaze.e-gov.az/ portalı aktiv edilib.
Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.
Dünən Operativ Qərargahın yaydığı məlumatda bildirilir:
Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
- dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.
“ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Aşağıdakı şəxslərin isə xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
- dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
- dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- kütləvi informasiya vasitələrinin əməkdaşları;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Bütün digər şəxslər yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərərək icazə alımalıdırlar.
HƏMÇİNİN OXU: Evdən küçəyə çıxmağa 2 saat icazə veriləcək - QAYDALAR
HƏMÇİNİN OXU: Karantin dövründə iş rejimi barədə qərar verildi - SİYAHI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı
1. Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
4. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida
məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
5. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;
5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.
6. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;
6.2. poçt xidmətləri;
6.3. kimyəvi təmizləmə;
6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.5. avtomobillərin təmiri;
6.6. avtomobil yuyulma məntəqələri;
6.7. tərcümə xidmətləri;
6.8. heyvan sığınacaqları;
6.9. dizayn xidmətləri.
7. Kütləvi informasiya vasitələri.
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
9. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;
9.2. məişət avadanlıqlarının təmiri;
9.3. dezinfeksiya xidmətləri.
10. Vəkillik fəaliyyəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 23 d. əvvəl
-
30 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib


















.jpg)






