Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Gəncə Beynəlxalq Xəstəxanası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı etdi

AzVak-mobil_resmin_ustu_31
Gəncə Beynəlxalq Xəstəxanası Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bir sıra iri holdinq və şirkətlər kimi Gəncə Beynəlxalq Xəstəxanası da Koronavirusla Mübarizəyə Dəstək Fondun hesabına 30 min manat məbləğində ianə köçürməyi korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Əlavə olaraq bildirmək istəyirik ki, hal-hazırda fəaliyyətini 7/24 saat davam etdirən Gəncə Beynəlxalq Xəstəxanası Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükəsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri həyata keçirir. Xəstəxananın şöbələrində zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır, sanitar - gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

02.04.2020 19:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19