İnvestisiya müsabiqəsi davam edir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı ilə əlaqədar zəruri işlər davam etdirilir.
Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açıq tender əsasında məsləhətçi qismində cəlb edilmişdir.
Satılan səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılmış, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış təşkilatlararası müsabiqə komissiyası (İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti) tərəfindən məsləhətçi şirkətinin tövsiyələri nəzərə alınmaqla, potensial iddiaçılar qarşısında qoyulacaq əsas şərtləri əks etdirən investisiya müsabiqəsi haqqında elan Azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilmişdir.
Prosesə strateji investorların cəlb edilməsi məqsədi ilə regionda və dünyada tanınan metallurgiya şirkətlərinə ünvanlı müraciətlər göndərilmiş və onlar investisiya müsabiqəsində iştiraka dəvət olunmuşlar. Bu günədək komitə tərəfindən 40-dan artıq polad istehsal edən şirkətlərlə təmaslar qurulmuş, maraq göstərən potensial investorlara məlumatlar təqdim olunaraq onların sualları cavablandırılmışdır. Eyni zamanda, layihə haqqında ABŞ, Türkiyə, Gürcüstan və s. ölkələrin şirkətlərinə müxtəlif beynəlxalq konfrans və biznes forumlarda ətraflı təqdimatlar edilmişdir.
Ayrı-ayrı nüfuzlu layihə institutları və konsaltinq şirkətlərinin müxtəlif vaxtlarda apardıqları tədqiqatlara əsasən, ildə bir milyon ton polad məhsullarının istehsalı məqsədi ilə ölkəmizdə xammaldan son məhsula qədər istehsal zəncirinə daxil olan zavodların inşası və avadanlıqla təminatı üçün minimum 600 milyon ABŞ dolları məbləğində kapital qoyuluşu tələb olunur. Məhz buna görə, ölkənin strateji aktivi hesab olunan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin bazasında idxalı əvəz edən əlavə dəyərli son məhsulların istehsalını təmin edəcək investisiya proqramı üçün potensial iddiaçılar qarşısında həmin məbləğdə investisiya qoyuluşları şərtinin müəyyən edilməsi məqsədəuyğun hesab edilmişdir.
İnvestorun ciddiliyini və kifayət qədər maliyyə imkanlarına malik olmasını təsdiq etmək baxımından müsabiqənin ilkin şərtlərindən biri kimi, 5 il ərzində icra olunacaq layihənin ümumi investisiya məbləğinin 10%-i (100 milyon manat və ya ABŞ dollarının cari kursu ilə təqribən 60 milyon ABŞ dolları) məbləğində dövlət büdcəsinə hissələrlə ödəniş etməsinə dair öhdəlik götürməsi müəyyən olunmuşdur.
Beynəlxalq standartlara əsasən aparılan qiymətləndirmə zamanı 2017-ci il üçün 62%-lik dəmir filizi konsentratının proqnoz qiyməti 48 ABŞ dolları götürülsə də, hazırda dünya bazarlarında konsentrat qiymətləri 82 ABŞ dollarına qədər bahalaşmışdır. Buna baxmayaraq, layihənin özəlləşdirmə cəlbediciliyini qorumaq üçün müsabiqə komissiyası tərəfindən dövlət büdcəsinə ödənişin məbləği hələlik artırılmadan saxlanılması qərara alınmış, bu qiymətin kəskin artacağı halda isə büdcə ödənişinə yenidən baxılması məqsədəuyğun hesab edilmişdir. Xatırladırıq ki, 2012-2013-cü illərdə dünya bazarlarındakı qiymətlər 136 ABŞ dollarınadək yüksəlmişdir.
Göründüyü kimi, dəmir filizi ehtiyatlarının həcmi 270 milyon ton olan “Daşkəsən Filizsaflaşdırma” ASC-ni özəlləşdirməklə, onun mədənlərindən istifadə hüququnu əldə edəcək investorun gələcək pul axınlarının geriyə doğru diskontlaşdırılmış indiki dəyəri nəzərə alınarsa, investor qarşısında qoyulan şərtlərin ədalətli və əhəmiyyətli dərəcədə güzəştli olduğu hesab edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






