SOCAR prezidenti Belarusun baş naziri ilə görüşüb
Belarus Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlıdır.
BELTA agentliyi xəbər verir ki, bu sözləri Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib.
"Belarus Azərbaycan neftinin tədarükü üçün uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır. Biz bu nefti Odessa-Brodı-Mozır neft kəmərindən istifadə edərək Mozır neftayırma zavodunda emal etməyi planlaşdırırıq. Güman edirəm ki, SOCAR belə əməkdaşlıqda maraqlı olacaq", - Sergey Rumas deyib.
Hökumət başçısı Belarus və SOCAR-ın uzun müddət neft bazarında çalışdıqlarını xatırladıb. Belarus 2011 və 2016-cı illərdə bu şirkətdən neft alıb, Azərbaycan tərəfi də Belarusun neft məhsullarını alır.
“Sirr deyil ki, Belarus neft tədarükünün şaxələndirilməsi üzərində işləyir, bundan əvvəl bütün nefti Rusiya Federasiyasından almışdıq. Lakin vergi manevrinin 2024-cü ilə qədər davam etməsi şəraitində Belarus üçün neft bazara çıxarılacaq.
Əlbəttə, alternativ neft tədarükü olmadan bu gün Belarusun enerji təhlükəsizliyindən danışmaq olmaz”, - Sergey Rumas qeyd edib.
“Buna görə də bu sahədə uzunmüddətli müqavilələr bağlaya biləcəyimiz etibarlı tərəfdaşlar axtarmaq istəyirik. Təcrübə göstərir ki, SOCAR məhz belə etibarlı tərəfdaş ola bilər", - baş nazir əlavə edib.
Sergey Rumas bildirib ki, SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri aparırlar. "Məmnuniyyətlə demək istəyirəm ki, Belneftkim və Mozır Neft Emalı Zavodunun rəhbərliyinin rəyi çox müsbətdir. Həqiqətən, sizin mütəxəssisləriniz bu çətin işi çox səmərəli şəkildə yerinə yetirirlər", - Sergey Rumas əlavə edib.
Hökumət başçısı bugünkü görüşün SOCAR və “Belneftkhim” konsernləri arasında neft sənayesində ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addım olacağına ümid etdiyini bildirib.
Görüşdə Belarusun baş nazirinin müavini, neft sənayesinə rəhbərlik edən İqor Lyashenko və "Belneftkim" konserninin sədri Andrey Rıbakov da iştirak edib.
Agentlik qeyd edib ki, SOCAR martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarusa ilk neft tankerini göndərəcək. Göndəriləcək neftin həcmi təqribən 85 min ton təşkil edir. Martın 20-də Gürcüstanın Supsa limanından təxminən 85 min ton həcmində ikinci tankerin göndərilməsi planlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
47 d. əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)











