970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

SOCAR Belarusa ilk neft tankerini daha erkən göndərəcək

AzVak-mobil_resmin_ustu_31
SOCAR Belarusa ilk neft tankerini daha erkən göndərəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserni üçün Azərbaycan nefti ilə dolu tankeri martın 5-6-da göndərməyi planlaşdırır.

 

Reklam_3_11

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

Onun sözlərinə görə, tutumu 85 min ton olan ilk tanker Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) Belarusa yola salınacaq.

 

O qeyd edib ki, əldə edilən razılığa əsasən, Belarusa daha tez müddətdə neftin lazım olması səbəbindən Azərbaycan nefti ilə dolu ilk tanker martın 5-6-da yola salınacaq: "İkinci tankerin isə martın 20-nə qədər yola salınacağı nəzərdə tutulur. Bu tankerlə də təqribən 85 min ton neft nəqli planlaşdırılır”.

 

Beləliklə, Belarusa mart ayında ümumilikdə 170 min ton həcmində iki tanker Azərbaycan neftinin nəqli nəzərdə tutulur. 

 

Qeyd edək ki, bundan öncə bildirilmişdi ki, SOCAR Belarusun “Belneftexim” konserninə martın 20-də neft nəqlinə başlamağı planlaşdırır. İlk tankerin bu tarixdə Supsa limanından (Qara dəniz, Gürcüstan) nəqli ilə bağlı razılıq əldə edilmişdi. Digər tankerin yola salınması tarixi ilə bağlı razılıq yox idi.  

 

© Report

02.03.2020 11:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19