Beynəlxalq Bankda 2 yeni vakansiya
1.“ABB” ASC İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə Əməyin mühafizəsi üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
-Bankda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
-İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi;
-İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə dair növbəti və növbədən kənar təlimat keçmək;
-Baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq;
-Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət;
-Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək;
-İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
Bizim üçün ideal namizəd:
-Ali təhsilli ;
-SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi olan;
-SƏTƏM üzrə tələb olunan uyğun sertifikatlara malik olan;
-Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 17 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməyin mühafizəsi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az
2.“ABB” ASC İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
-Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
-Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
-Məktubların və ərizələrin yazılması;
-Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması.
Bizim üçün ideal namizəd:
-Ali təhsilli (hüquqi və ya iqtisadi);
-Minimum 3 il sənədləşmə üzrə iş təcrübəs olani;
-Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
-Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
-Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
-Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 17 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
18 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 37 d. əvvəl
-
54 d. əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)








.jpg)








