Xalq Bank 2019-un yekunlarını açıqladı - Özəl banklar arasında ən böyük kredit portfeli
ASC “Xalq” Bankının 2019-cu ildə fəaliyyətinin maliyyə nəticələrini açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir.
Bank 2020-ci ilin əvvəlinə aktivlərinin həcmini ötən ilin əvvəli ilə müqayisədə 450.3 milyon manat və yaxud 22.42% artıraraq 2 milyard 458 milyon manata çatdırıb. Ötən ilin yekunlarına görə Xalq Bank ölkənin üç aparıcı özəl bankı arasında qərarlaşıb.
Cari ilin yanvar ayının 1-nə olan göstəricilərə görə Bankın kredit portfeli 1 milyard 830 milyon manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 447 milyon 38 min manat (32.33%) çoxdur. İlin yekunlarına görə Xalq Bank Azərbaycanın özəl bankları arasında ən böyük kredit portfelinə sahibdir.
2019-cu ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 137 milyon 300 min manat (48.59%) artaraq 419 milyon 730 min manat təşkil edib.
“2019-cu il ərzində həcmi 36.17% artaraq 1 milyard 715 milyon manata çatan depozit portfeli Banka müştərilərin dərin inam və etibarını nümayiş etdirir”,- Bankın məlumatında deyilir.
Qeyd edilib ki, Bank 2019-cu ili 41 milyon 970 min manat mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan mənfəətin həcmi ilə müqayisədə 57.6% artım deməkdir.
"Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılmışdır. Bank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətini olduqca vacib sayır, 2019-cu ildə müştərilərin istifadəsinə verilmiş “Mərdəkan” filialı Bankın sayca 30-cu filialı olub.
2019-cu ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime/(cr) səviyyəsində təsdiq etmişdir (16 aprel 2019).
2019-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Mirzə Şəfi Vazeh. Bütün əsərləri” toplusu və Xalq rəssamı Tağı Tağıyevin bədii albomu təqdim olunmuşdur. Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində nəşr olunan külliyatının təqdimatı Bakıda və Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Bununla bağlı nüfuzlu Hümboldt universitetində elmi konfrans təşkil edilmişdir.
Ötən il fəaliyyətə başlamasının 15 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Bank 2019-cu il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personalın səyi, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur",- Bankın yaydığı məlumatda bildirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)



.jpg)









.jpg)

