“AccessBank”da yeni Baş Direktor - TƏYİNAT
“AccessBank” QSC-nin mikrobiznesin inkişafı üzrə Baş Direktor vəzifəsinə təyinat olduğu bildirilir.
Banka yaxın mənbədən əldə edilmiş məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən Səbuhi Suleymanlı bu vəzifəyə təyin olunub.
Buna qədər bu vəzifəni isə Elşən Pirmaliyev tuturdu.
S.Süleymanlı ilə yanaşı “AccessBank”da Natia Beriada Baş Direktor kimi qalır. O, AccessBank-da öz fəaliyyətinə 2019-cu ilin aprel ayında baş direktor vəzifəsində başlayıb.
Səbuhi Süleymanlı “AccessBank”da iş fəaliyyətinə 2005-ci ilin oktyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis kimi başlayıb. 2007-ci ildən müxtəlif filiallarda baş kredit mütəxəssisi, Kiçik və Orta Biznes Kreditləri departamentinin mütəxəssisi vəzifələrində çalışıb, 2010-cu ildə filial direktoru vəzifəsinədək yüksəlib. 2014-cü ildən 2017-ci ilədək filial rəhbəri olmaqla yanaşı regional menecer, məhkəmə qərarları icrasının müşahidəsi və xüsusi işlər üzrə rəhbər vəzifəsində çalışıb. 2017-ci ildə Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası departamenti direktorunun müavini, 2018-ci ilin yanvar ayında isə həmin departamentin direktoru təyin olunub. 2019-cu ilin aprel ayından etibarən Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası üzrə İcraçı Direktoru vəzifəsinə təyin edildi və həmin vəzifədə bütün göyulmuş illik hədəflərə uğurla çatdı.
Səbuhi Süleymanlı Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakültəsinin inzibati idarəedici ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib.
Azərbaycan, rus və ingilis dillərini bilir.
© "Banker"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























