“AzerGold” laborator xidmətlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək
“AzerGold” QSC kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi üzrə laborator xidmətlərinə 2 milyon manata yaxın vəsait yönəldəcək.
"Marja" xəbər verir ki, “AzerGold” müvafiq laborator xidmətlərinin göstərilməsi məqsədilə “ALS Laboratuar Hizmetler LTD/"AQM Quality" MMC-ni cəlb edib. Şirkət ilə artıq müqavilə imzalanıb.
“AzerGold”un məlumatına görə, müqavilənin dəyəri 1 milyon 947 min manatdır.
Həmçinin “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsi (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) üzrə mühafizə xidməti satın alıb. Bu məqsədlə "GESCO" ASC-yə 478 min manat ödəyəcək.
Bundan başqa “AzerGold” QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsi üçün optik xəttin çəkilməsi işlərini satın alıb. Bu məqsədlə “Datum” MMC-yə 11 min 499 manat ödəyəcək.
2015-ci ildə yaradılmış "AzərGold"un səhmləri dövlətə məxsusdur. "AzerGold" QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









