OPEC-in xam neft istehsalı dekabrda azalıb
Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) 2019-cu ilin dekabr ayına dair hesabatına görə, keçən ay qlobal neft təklifi bir əvvəlki aya nisbətən gündəlik 60 min barel azalaraq təxminən 100 milyon 280 min barelə düşüb.
"Marja" xəbər verir ki, bu dövrdə, OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 110 min artımla 70 milyon 840 min barel təşkil edib.
OPEC-in gündəlik xam neft istehsalı dekabrda əvvəlki aya nisbətən 161 min barel azalaraq 29 milyon 440 min barelə düşüb. OPEC-in cəmi qlobal neft təklifindəki payı 29,4% olaraq qeydə alınıb.
Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox Anqla, Qabon və Ekvador artırıb.
Angolada gündəlik istehsal 125 min barel artımla 1 milyon 408 min barelə yüksəlib. Qabonda gündəlik xam neft istehsalı 26 min barel artımla 222 min barelə, Ekvadorda isə 9 min barel artımla 538 min barelə qalxıb.
Dekabrda gündəlik neft istehsalında OPEC daxilində istehsal ən çox Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmrliklərində azalıb.
Səudiyyə Ərəbistanıda gündəlik istehsal 111 min barel azalaraq 9 milyon 762 min barelə, İraqda 76 min barel azalaraq 4 milyon 565 min barelə, Birləşmiş Ərəb Əmrliklərində isə 46 min barel azalaraq 3 milyon 62 min barelə geriləyib.
QLOBAL NEFT TƏLƏBİ
Hesabatda 2020-ci ili üçün qlobal neft tələbi gündəlik 100 milyon 980 min barel olaraq təxmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























