“Viski terroru” davam edir
Daha bir neçə nəfər spirtli içikidən zəhərlənib, onların gözündə ciddi fəsadlar yaranıb. Məlumata görə, hadisə dünən baş verib.
Ər-arvad Bakıdakı restoranlardan birində az miqdarda içki içdikdən sonra vəziyyətləri pisləşib, hətta bu, onların gözünə də mənfi təsir edib.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzin Tiksikologiya şöbəsinin müdiri Azər Maqsudov faktı təsdiqləyib. O bildirib ki, hazırda Toksikologiya şöbəsində müalicə alan ərin vəziyyəti ağırdı:
“Ər-arvad şöbəyə dünən daxil olub. İçki içdikdən sonra vəziyyətləri pisləşib. Qadının vəziyyəti stabil ağır olsa da, ərinin vəziyyəti kəskin ağırdır”.
Baş toksikoloqun sözlərinə görə, hazırda şöbədə 4 nəfər spirtli içkidən zəhərlənmə diaqnozu ilə müalicə alır:
“İçki zəhərlənməsilə 4 xəstəmiz ayrı-ayrı vaxtlarda daxil olub. Dünən qəbul edilən xəstərlər ər-arvaddır. Ümumilikdə 4 xəstədən ikisinin vəziyyəti kəskin ağırdır, digər iki nəfərin vəziyyəti ağır stabildir. Zəhərlənmə elə bir şeydir ki, bu, gözə də, digər orqanlara da mənfi təsir göstərə bilir. Amma “içki içib kor olub, gözü tutuldu” məlumatlarını ictimailəşdirən jurnaslitlərdən xahiş edirəm ki, dəqiqləşməmiş məlumatları yayıb ajiotaj yaratmasınlar. Zəhərlənmə var, amma bu, kütləvi deyil. Viski toksiki təsir göstərib və həkimlər bununla məşğul olurlar”.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, son günlər gözdəki narahatlıqla bağlı müraciət edən xəstələrin sayında artım var:
“Bizə spirtli içki qəbul etdikdən sonra göz problemi ilə bağlı müraciət edənlərin sayı artıb. Mən bir həkim, bir vətəndaş kimi vətəndaşlara tövsiyə edirəm ki, mümkün qədər belə içkidən uzaq dursunlar. İçkidən zəhərlənmə çox ciddi fəsadlara gətirib çıxara bilər”.
Xəbər verdiyimiz kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiblər. Onların
“Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarında qəbul etdikləri saxta spirtli içkilərdən zəhərləndiklərinə əsaslı şübhələr müəyyən edilib.
© "Modern"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 43 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)



.jpg)


.jpg)








