"Kredit portfelimiz 50% böyüyüb, 2020-də də davam edəcək"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2019-cu ilin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, cari ildə agentlik kredit portfelini 118 milyon manata çatdırıb. Mirzə Əliyev qeyd edib ki, son 1 ildə agentliyin kredit portfeli təxminən 50% artıb.
Agentlik sədri əlavə edib ki, hesabat dövründə kreditin fermerlər üçün əlçatan olması əsas hədəflərlərdən biri olub və bu hədəf uğurla yerinə yetirilib: “Ötən il kənd təsərrüfatı istehsalçılarına 10,9 milyon manat həcmində güzəştli kreditlər ayrılıb və bu kreditlər 169 fermeri əhatə edib. 2018-ci ildə bir fermerin borclanma dərəcəsi 65 min manat olub. Bu il isə fermerlərə 21 milyon manat həcmində güzəştli kənd təsərrüfatı krediti verilib ki, bundan 717 fermer yararlanıb. Bununla yanaşı, fermerin borclanma göstəricisi 29 min manata düşüb”.
Mirzə Əliyev deyib ki, bu il AKİA-nın aqrar sahəni dəstək səlahiyyətləri bir qədər də genişləndirilib: “Ölkə Prezidentinin ötən ilin sonunda imzaladığı Fərmana uyğun olaraq bu ilin yanvarından etibarən kənd təsərrüfatı istehsal vasitələrinə dövlət güzəştlərinin də AKİA vasitəsilə ödənilməsinə başlanıb. İndi rəqəmlərə, faktlara baxdıqda biz üzərimizə qoyulmuş bu vəzifənin öhdəsindən gəldiyimizi görürük”, - deyə sədr vurğulayıb.
Bundan başqa, il ərzində AKİA tərəfindən fermerlərə güzəştli şərtlərlə 4089 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satılıb: “Bu il fermerlərə 165 milyon manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 60 milyon manatı fermerlərə güzəşt edilib, 32 milyon manatı isə kənd təsərrüfatı məhsulları istehsalçılarına kredit kimi verilib”.
Mirzə Əliyev "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) çərçivəsində ayrılmış kreditlərin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib. "Bundan başqa, 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib, 965 gənc üçün məşğulluq yeri yaradılıb, ümumi layihədən bəhrələnən gənclərin sayı 1 422 olub", - deyə o bildirib. AMAL çərçivəsində Lənkəran, Masallı, Şəki, Şamaxı rayonlarında 550 gənc fermer üçün limon, çay, tütün, üzüm sahələri salınmasına dəstək verilib, 400 fermerə məxsus limon və üzüm bağları bərpa edilib. Pilot layihələr üzrə əkinləri aparmaq üçün gənc fermerlərə 230-dan çox texnika alınıb.
Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyi növbəti il üçün hədəfləri də açıqlanıb. Bildirilib ki, qurum növbəti ildə kredit portfelinin həcmini 150 milyon manata çatdırmağı hədəfləyir. Bundan başqa, gələn ildən başlayaraq fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən AKİA vasitəsilə veriləcək. Subsidiyaların növbəti il verilməsi yeni nəsil fermer kartları vasitəsilə həyata keçirəcək.
"2020-ci ildə 350-400 min fermerə pulsuz bank kartları veriləcək. Subsidiya verilmiş 25 faizin məbləğin nağdlaşdırılması, qalan 75 faizinin isə nağdsız qaydada istifadəsi üçün bütün texniki imkanlar yaradılıb və formalaşdırılıb. Dünəndən etibarən fermer kartlarının Kapital Bank filialları vasitəsilə Xaçmaz rayonunda paylanılmasına başlanılıb", - deyə Mirzə Əliyev vurğulayıb.
Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kredit portfelini 112 milyon manata çatdırıb.
Bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin yekunu ilə müqayisədə təxminən 50% çoxdur.
“Kredit portfelinin böyüməsi 2020-ci ildə də davam edəcək”, - o deyib.
Mirzə Əliyev bildirib ki, hazırda 118 milyon 105 min manat olan kredit portfelinin həcmini növbəti il 150 milyon manata çatdırmaq hədəflənib.
M.Əliyev "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) çərçivəsində ayrılmış kreditlərin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 15 gənc fermerə 225 min manat güzəştli kredit verilib.
"Bundan başqa, 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib, 965 gənc üçün məşğulluq yeri yaradılıb, ümumi layihədən bəhrələnən gənclərin sayı 1 422 olub", - deyə o, bildirib.
Mirzə Əliyev bildirib ki, bu il fermerlərə 164 milyon 993 min 848 manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 59 milyon 502 min 369 manatı fermerlərə güzəşt edilib, 31 milyon 725 min 860 manatı isə kredit kimi onlara verilib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satıb.
“Bu il 717 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20 milyon 859 min manat olub. Ötən il bu rəqəm 10 milyon 983 min manat olub”, - agentlik sədri əlavə edib.
Mirzə Əliyev AKİA-nın beynəlxalq təşkilatlarla birgə 22 layihə icra etdiyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 gün əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 gün əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 gün əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ







.jpg)








.jpg)






