Prezidentin yanında müşavirə keçirildi
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Respublika üzrə pambıq yığımının başa çatdığını, bu il rekord həddə - 294 min ton pambıq yığıldığını, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.
“Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir”, - deyən dövlətimizin başçısı bu sahədə ən sürətli artım illərinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etdiyini vurğuladı. Qeyd etdi ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.
Müstəqillik dövrünün ilk illərində pambıqçılıqda müşahidə olunan problemlərdən danışan Prezident İlham Əliyev son illərdə bu sahəyə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb. Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub.
Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ediblər.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bu il pambıqçılıq sahəsində əldə edilən nəticələrin sevindirici olduğunu, pambıqçılığın gəlirli və əməktutumlu sahəyə çevrildiyini bildirib.
Dövlətimizin başçısı pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 d. əvvəl
-
17 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
25 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 43 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı





.jpg)
.jpg)







.jpg)






