Xalq Bankla hədiyyələrə sahib olun
(®) 16 dekabr 2019-cu il tarixində Xalq Bank Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramının dəstəyi ilə “Xalq Bank və Ulduzumdan 10 000 hədiyyə” kampaniyasına start verir.
Kampaniya 12 iyun 2020-ci il tarixədək davam edəcək. Bu dövr ərzində Xalq Bankın filiallarında aşağıda qeyd olunmuş bank əməliyyatlarından - təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, İnternet Banka qoşulma kimi xidmətlərdən istifadə edən hər bir şəxs 10 000 hədiyyədən birini qazanacaq.
Kampaniyada iştirak etmək üçün müştərinin Xalq Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə edərkən Bankın əməkdaşına Bakcell mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin FİN kodunu, adı, soyadı və ata adını təqdim etməsi kifayətdir. Müştəri qazandığı hədiyyəni kampaniyanın qüvvədə olduğu dövr ərzində və başa çatdığı tarixdən 1 ay müddətində Bankın hansı filialından götürmək istədiyini bildirməklə 10 gün sonra həmin filiala müraciət edərək ala bilər.
Qeyd edək ki, Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda çox uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.
Kampaniya haqqında daha ətraflı məlumatı bankın 138 Məlumat Mərkəzindən www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





