Bakı Aeroportu yeni aviaşirkətləri cəlb edir
“Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.Hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır”.
“Marja” xəbər verir ki, bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlamışdırlar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında “Etihad Airways”, “IranAir”, “GulfAir”, “Arkia”, “Nordwind” və s. kimi aviaşirkətlər var", - Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov bildirmişdir.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.
Həsənov bildirmişdir ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.
Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil etmişdir və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən beş milyon nəfər təşkil edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və "Buta Airways"in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 58 d. əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)






.jpg)








