2 şirkət “Veysəloğlu”ya birləşdi
“V-Trade” MMC və “Vesta Horeka” MMC-nin “Veysəloğlu” MMC-yə qoşulduqları üçün ləğv edildikləri açıqlanıb.
"Marja" xəbər verir ki, “V-Trade” MMC “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 0700159551) qoşulma nəticəsində ləğv edildiyini və “V-Trade” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə (VÖEN: 0700159551) ötürdüyünü elan edib.
Həmçinin, “Vesta Horeka” MMC də “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 0700159551) qoşulma nəticəsində ləğv edildiyini və “Vesta Horeka” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə (VÖEN: 0700159551) ötürdüyünü elan edib.
"Veysəloğlu" MMC də “V-Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Vesta Horeka” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulmaları nəticəsində yenidən təşkil olunduğunu, “V-Trade” MMC və “Vesta Horeka” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə keçdiyini elan edib.
Ləğv edilən “V-Trade” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə küçəsi ev 2, “Vesta Horeka” MMC-nin hqquqi ünvanı isə Sumqayıt şəhəri, 9 mkr, Ü. Hacıbəyov küç, ev 25C-dir.
7 milyon 826 min manat nizamnamə kapitalı olan “Veysəloğlu” MMC-nin də hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə küçəsi ev 2-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























