Azərbaycanın aparıcı holdinqinin rəhbərliyi dəyişir
“Modern Group of Companies” MMC-nin icraçı direktoru dəyişir.
"Marja" xəbər verir ki, indiyə qədər holdinqə rəhbərlik edən Anar Bayramovu dekabrın 1-dən Mehman Veysəlov əvəz edəcək.
Yeni icraçı direktor bundan əvvəl distribyutor şirkəti olan “Aztrade” MMC-də çalışıb. A.Bayramov isə bundan sonra holdinqin aparıcı müəssissi olan "Azgranata" şirkətinə rəhbərlik edəcək.
"Dostlar, karyeramda dəyişiklik barədə sizi məlumatlandırmaq istədim. Belə ki, rəhbəri olduğum "Modern Group"-un funksiyası 1 dekabrdan dəyişilir. Bu vaxta kimi "Modern Group" tabeliyindəki şirkətlərin ümumi idarəetməsinə cavabdeh idisə, bundan sonra ümumi idarəetmə funksiyasının desentralizasiyası nəticəsində yalnız nəzarət funksiyasını (maliyyə nəzarəti, audit və s.) özündə saxlayacaq, şirkətlərin performansına cavabdehlik daşımayacaq. Əlbəttə ki, sırf nəzarət işi ilə məhdudlaşan menecment funksiyasının icra olunması mənim karyera strategiyama uyğun deyil. Bu işlə o sahənin peşəkarları yüksək səviyyədə məşğul olacaqlar. Yeri gəlmişkən, bütün komandaya (dostlarıma) uğurlar arzulayıram. Mən isə 1 dekabrdan başlayaraq "Azgranata" şirkətinin (istehsal, satış, ixrac və s – hamısı bir yerdə) İdarə Heyətinin Sədri və CEO-su kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni İdarə Heyəti (Rövşən Fərhadov, Vüqar Mikayılov, Rafiq Hunaltay, Emin Xıdırov) və böyük komandamızla möhtəşəm nəticələrə imza atacağımıza əminəm. Qısası, "Azgranata"-nın həyatında yeni era başlayır, güclü olan bazar mövqeyi daha da möhkəmlənəcəkdir. Odur ki, bizi izləyin",- Anar Bayramov sosial şəbəkə səhifələrində bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























