Azərbaycan bankına yeni sədr təyin edilib
"AFB Bank"ın Müşahidə Şurasının qərarı ilə Orxan Xubanlı "AFB BANK"ın İdarə Heyətinə sədr təyin edilib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə edilməsi üzrə magistr dərəcəsi alan Orxan Xubanlı, “London Business School” Korporativ Maliyyə və Risklərin Idarə edilməsi proqramının məzunudur.
O.Xubanlı həmçinin yüksək ixtisaslı maliyyə mütəxəssilərinin təhsil aldığı, dünya miqyasında lider və nüfuzlu təhsil ocaqlarından biri olan “Harvard Business School”-da Liderliyin Inkişafı proqramının məzunudur.
Sədr vəzifəsinə təyin edilmiş O.Xubanlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışmış və “Bank Standard” QSC-da filial müdiri vəzifəsindən İdarə Heyətinin Sədrinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir.
Daha sonra əmək fəaliyyətini Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda İcraçı direktorun müşaviri, “AZSIĞORTA” ASC-də Baş icraçı direktor kimi davam etdirib.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























