Sığorta şirkətinin Şəki nümayəndəliyi açılıb
Ölkənin ən aparıcı sığorta şirkətlərindən olan “Qala Sığorta” bölgələrdə yaşayan əhalinin sığorta məhsullarına əlçatanlığını təmin edilməsi istiqamətində apardığı işləri davam etdirir. Şirkət əhalinin, o cümlədən müştərilərinin rahatlığını düşünərək regionda daha bir nümayəndəyini istifadəyə verib.
Şirkət daxili satış strategiyasının tələblərinə uyğun olaraq, bu gün Şəki şəhəri, M.F.Axundov küçəsi 9/6 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, ofisin açılmasında məqsəd ölkənin bütün regionlarında, ocümlədən Şəki şəhərində təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.
Tədbirdə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, 2018-ci ilin yanvar ayından başlayaq “Qala Sığorta” şirkəti ölkənin müxtəlif regionlarında 10-a yaxın nümayəndəlik və satış ofisi açıb. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən nümayəndəliklər vasitəsi ilə 50-dən çox işçi işlə təmin olunub.
"Biz Şəki nümayəndəliyi ilə kifayətlənmirik, düşünürəm ki, bu siyasətimizi növbəti illərdə də davam etdirəcəyik” - deyə T.Yunsurov qeyd edib.
Daha sonra çıxış edənlər bildiriblər ki, “Qala Sığorta” filial və nümayəndəlikləri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığorta məhsullarından yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Şəki və ona qonşu rayonların əhalisi yeni nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sərfəli şərtlərlə sığortalaya bilərlər.
Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, növbəti ildə də müxətlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır.
Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 35 d. əvvəl
-
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)





.jpg)











.jpg)
