Azərbaycanda aqrar–sənayedə böyük hədəf
Azərbaycanda dünya ticarətində mühüm paya sahib olacaq aqrar–sənaye müəssisələri yaradılacaq
2016–2020-ci illər üçün nəzərdə tutulmuş prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində 2025-ci ilədək ölkənin aqrar–sənaye müəssisələri kənd təsərrüfatı sektorunun əsaslı şəkildə dəyişməsində (transformasiyasında) əsas aparıcı qüvvə olacaq. Bundan sonra sənaye sahələrinə yerli və xarici özəl investisiya axını olacaq, yüksək dəyər yaradan kənd təsərrüfatı məhsullarının rəqabət əsasında istehsalı və emalı həyata keçiriləcək.
Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Yol xəritəsində qeyd olunub ki, 2025-ci ilədək kənd təsərrüfatı məhsullarının emalı sektorunda bu cür investisiyalar hesabına ən az bir neçə yerli aparıcı müəssisənin yaradılması nəzərdə tutulub. Bu aqrar–sənaye müəssisələri öz ixrac potensialını yüksəldərək ixrac bazarlarının sayını artıracaq (Avropa bazarı kimi Qərb bazarları da daxil olmaqla) və dünya ticarətində mühüm paya sahib olacaq. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də geniş fəaliyyət göstərəcək. Azərbaycanda investisiya axınının əhəmiyyətli dərəcədə artmasına şəraitin yaradılması, eləcə də beynəlxalq bazar iştirakçılarının kompleks layihələr və aqropolislər vasitəsilə yerli bazara daxil olması nəzərdə tutulub. Bu məqsədə xidmət edən ilk aqropolis – Ələtdəki Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona 2025-ci ilədək mühüm emal mərkəzi kimi tam fəaliyyət göstərəcək.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi rəqabətqabiliyyətli istehsalın həcminin artırılması yolu ilə gücləndiriləcək. Belə artıma nail olmaq üçün əsas diqqət qabaqcıl aqrotexniki qaydaların və avtomatlaşdırmanın tətbiqinə əsaslanan intensiv təsərrüfatların yaradılmasına yönəldiləcək. Bu zaman ölkədə hər bir bölgənin potensialı nəzərə alınacaq, o cümlədən qrup şəklində xüsusi istehsal sahələrinin (klasterlərin) və altsektorların yaradılması istiqamətində tədbirlər görüləcək. Ölkədə tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə standartları əsasında təşviq ediləcək. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə fəal iştirakı təmin ediləcək.
Strateji Yol Xəritəsində bildirilib ki, bu baxımdan dövlətin qarşısında duran mühüm məsələlərdən biri yuxarıda qeyd edilən sektorların əsaslı inkişafına nail olmaqdır. Bunun üçün maliyyə resurslarına çıxış imkanları artırılacaq, eləcə də istehsalın səmərəliliyinin təmin edilməsi və istehsal həcminin artırılması üçün yerli istehsalçıların fəaliyyətinə qeyri–maddi stimullar veriləcək. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində fəaliyyət göstərən müəssisələrin maliyyələşmə ilə bağlı üzləşdiyi çətinliklər nəzərə alınacaq, onların müxtəlif kredit məhsullarına çıxışı kredit zəmanət fondunun fəaliyyəti genişləndirilməklə asanlaşdırılacaq. 2025-ci ilədək dövlət mülkiyyətində olan boş torpaq sahələrinin özəl sektorun istifadəsinə verilməsi nəzərdən keçiriləcək və həmin torpaq sahələrindən istifadə edən müəssisələrə biznes məsləhət xidməti göstəriləcək. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə aqrar sənaye sektorlarının inkişaf etməsi nəticəsində aqrar sənayeyə daha çox xarici investisiya cəlb ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
1 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















