Bakıda bu ünvanlardakı köhnə binalar söküləcək - SİYAHI
Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, Nazirlər Kabineti tərəfindən 2016-cı ildə qəbul edilmiş 86 saylı qərara əsasən, 2021-ci ilədək paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz ediləcək.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir.
Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir.
Qeyd edək ki, həmin qərara əsasən ilkin olaraq Bakıdakı 6 rayonda 17 bina söküləcək:
- Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41
- Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A
- Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150
- Bakı şəhəri, Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51
- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəsəbəsi, 2 Aprel küçəsi , ev 8A
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. 2 Aprel küçəsi, 18
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 13Q
- Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 15
- Bakı şəhəri, Suraxanı rayonu, Park küç., 32
- Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə dön.,17 ev 15
- Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç. 6
- Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç.8
- Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
-
7 d. əvvəl
Azərbaycanda 10 milyon dollar nizamnamə kapitalı olan yeni şirkət yaradılıb
- 20 d. əvvəl
-
23 d. əvvəl
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
- 39 d. əvvəl
-
48 d. əvvəl
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
-
1 saat əvvəl
Azərbaycanda ən çox vergi ödəyən supermarket və marketlər - ADLARI MƏLUM OLDU
-
1 saat əvvəl
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
-
1 saat əvvəl
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
Ən çox oxunanlar
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
Azərbaycanda ən çox vergi ödəyən 10 şirkət
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlandı - SİYAHI
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Subway” Azərbaycan bazarına daxil olur - FOTO
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
Azərbaycan neftinin qiyməti düşüb



















