Azərbaycanda bərpa olunan enerji üçün 8 sahə müəyyənləşdirilib
“Energetika Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış araşdırmalar nəticəsində yüksək potensiala malik 8 sahə müəyyənləşdirilib və bu sahələrdə bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması mümkün hesab edilib”.
“Marja” xəbər verir ki, bunu rəsmi mətbuat üçün yazdığı məqaləsində Energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, bu ərazilərdə enerji infrastrukturunun təmin edilməsi və ekoloji qiymətləndirmə üzrə hazırlıq tədbirləri davam etdirilir.
Layihələrin həyata keçirilməsi üçün maneələrin və investisiya qoyuluşu üçün riskli sayıla biləcək amillərin aradan qaldırılması yönündə işlər görülür. Eyni zamanda, bərpa olunan enerji üzrə istehsal güclərinin ümumi şəbəkəyə inteqrasiyasının təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə aparılan təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib.
“Ümumiyyətlə, bu sahədə əlverişli investisiya mühitinin yaradılması, ilk növbədə, təşviqedici tədbirlərin formalaşdırılması ilə bağlıdır. Bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması, zəmanətli tariflərin, güzəştli vergi və gömrük rejimlərinin tətbiqi, bərpa olunan enerji qurğularının tikintisinə və istismarına icazə verilməsinin sadələşdirilməsi və kiçik güclər üçün aktiv istehlakçının dəstəklənməsi təşviqedici tədbirlər kimi nəzərdən keçirilir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması ölkə üçün əlverişli şərtlərin əldə edilməsinə, bu sahədə iri layihələrin həyata keçirilməsinə və investisiya cəlbinə imkan verir”.
“İRİHƏCMLİ TƏKLİFLƏR ALMIŞIQ”
Pərviz Şahbazov əlavə edib ki, B ərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, “TOTAL”, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb: “Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























