ABŞ-da yeni böhran siqnalı: Varlılar xərcləmirlər
ABŞ-da yüksək gəlir qrupunun mənzildən qiymətli əşyalara xərclərini azaltması durğunluğun buradan başladığı narahatlıqlarını da "alovlandırır"
ABŞ-dakı orta sinif xərclərini davam etdirərkən, mütəxəssislər, varlı sinfin xərclərini azaltmasının iqtisadiyyata və iqtisadi artıma mənfi təsir edəcəyini bildirirlər.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, mənzil sektorundan qiymətli əşyaya yüksək gəlir qrupunun xərclərini azaltması durğunluğun buradan başladığı narahatlıqlarına təkan verir.
Lüks mənzil sektoru maliyyə böhranından bu yana ən pis ilini keçirir, Manhattan kimi bahalı rayonlarda satışlar 6 rüb ardıcıl geriləyib. "Redf"in məlumatlarına görə, ilin 2-ci rübündə dəyəri 1.5 milyon dollar və ya daha artıq olan mənzil satışları 5% düşüb. Satılmayan malikanələr və lüks mənzillərin artmağa başladığı bildirilir.
AZALAN XƏRCLƏR TƏHDİD YARADIR
1 %-lik kütləyə xitab edən pərakəndə mağazalar da pis dövrdən keçir. Nyu-Yorkda hazır geyim mağazası "Barneys" iflas edib. Pərakəndə mağazalar şəbəkəsi "Nordstrom" mənfəətində üç rüb ardıcıl azalma açıqlayıb. Digər tərəfdən, adi vətəndaşa xitab edən pərakəndə nəhəngləri "Walmart" və "Target" isə proqnozların üzərində gəlir və mənfəət rəqəmləri açıqlayırlar.
Bunlarla yanaşı incəsənət auksionlarında satışlar 2019-un ilk yarısında illər sonra ilk dəfə düşüb. Baş ofisi Nyu Yorkda yerləşən dünyaca məşhur hərrac evi "Sotheby's"da satışlar keçən ilin eyni dövrünə nisbətən 10% azalıb.
Gələn son göstəricilər, ABŞ-da varlı təbəqənin xərclərini azaltmağa başladığını göstərir. Əgər xərclər daha da azalarsa iqtisadiyyatda geniş miqyasda təsirləri hiss edilməyə başlana bilər.
"Moody's Analytics"in iqtisadçısı Mark Zandiyə görə, ən yüksək gəlirə malik 10%-lik təbəqə, ümumi istehlakçı xərclərinin haradasa yarısını formalaşdırır. Ancaq bu təbəqənin xərcləri son 2 ildə düşüb, orta sinfin xərcləri isə artıb.
Zandi, "əgər yüksək gəlirli istehlakçı xərclərini daha çox azaltsa bu iqtisadi artım üzərində əhəmiyyətli bir təhdid yaradır" xəbərdarlığını edib.
XƏRCLƏR AZALIB, YIĞIMLARI ARTIB
Varlı təbəqənin xərcləri azalarkən, yığımları isə son iki ildə iki dəfədən çox artıb.
Zandi, "Əgər məşğulluqdakı artım daha çox zəifləyərsə, işsizlik səviyyəsi artmağa başlayarsa orta sinif də xərclərini dayandıracaq, bu da iqtisadi çətinliklərə səbəb olacaq" şərhini edib.
SƏRVƏTİN AZALMASINDA 2 SƏBƏB
Volatil bazarlar və qlobal iqtisadi artımda yavaşlama sərvətlərin azalmasında 2 mühüm səbəb kimi görünür. Ən yüksək gəlir qrupundakı 10%-lik təbəqə, ABŞ səhmlərinin 80%-ndən çoxuna sahibdirlər, buna görə də səhm və istiqraz bazarlarındakı son dalğalanmalara qarşı daha həssas mövqedədirlər.
Bununla yanaşı, üst təbəqə, beynəlxalq iş görən şirkətlərə malikdirlər və bu şirkətlər dünya iqtisadiyyatında baş verən təlatümlərə qarşı da erkən xəbərdarlıq sistemi vəzifəsini görürlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb






.jpg)
.jpg)





.jpg)






.jpg)




