“Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artıb
(®) LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. “Azerfon” şirkətinin yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəçisindən biri aktiv 4G internetindən istifadə edir.
“Nar”-ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın smartfon istifadəçilərinin sayı 17% çoxalıb.
“Nar” 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda “Nar”-ın 4G şəbəksi ölkə əhalisinin 78%-dən çoxunu əhatə edir. Yaxın vaxtlarda isə bu göstəricinin 97%-ə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
39 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 53 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
2 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb




















