Azərbaycanın idxalı kəskin artıb, saldo düşüb
2019-cu ilin yanvar-iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 701 milyon 383 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 7 ayda idxalın məbləği 8 milyard 433 milyon 668 min dollar, ixracın həcmi 12 milyard 267 milyon 714 min dollar, saldo müsbət 3 milyard 834 milyon dollar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 524 milyon 541 min dollar, o cümlədən idxal 5 milyard 776 milyon 222 min dollar, ixrac 10 milyard 748 milyon 319 min manat, saldo müsbət 4 milyard 2 milyon manat təşkil etmişdi.
İllik müqayisədə (ötən ilin 7 ayı ilə) idxal 42%, ixrac 14,1% artıb, saldo isə 4,2% azalıb.
İYULDA İXRACDA SIÇRAYIŞ
İyul ayında Azərbaycanın ixracı 2 milyard 288 milyon 251 min dollar təşkil edib. Bu, İyun ayı ilə müqayisədə 1,7 dəfə çoxdur. İyunda ixrac 1 milyard 358 milyon 574 min dollar təşkil etmişdi.
İyun ayı ilə müqayisədə İyulda idxal da artıb. Aylıq müqayisədə idxal 20% artaraq 1 milyard 417 milyon 438 min dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






