ABŞ Çini "Məzənnə manipulyatoru" elan etdi
ABŞ ilə Çin arasında "ticarət müharibəsi" şiddətlənir. "Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi, Çini "Məzənnə manipulyatoru" elan etdiyini açıqlayıb.
ABŞ Xəzinə Nazirliyinin yaydığı yazılı açıqlamada, 1988-ci ildə qüvvəyə minmiş Omnibus Ticarət və Rəqabət Qanununun müvafiq hissəsi əsas götürülərək Çinin "manipulyator" olaraq elan olunduğu qeyd edilib.
Açıqlamada Çin rəhbərliyi, bazara müdaxilə edərək yuanın dəyərini aşağı salmaqda günahlandırılıb.
ABŞ-ın maliyyə naziri Steven Mnuchin Beynəlxalq Valyuta Fondu (IMF) ilə əlaqəyə keçərək "Çinin son hərəkətlərinin yaratdığı ədalətli olmayan rəqabət şərtlərinin ortadan qaldırılması" üçün addım atılacağını bildirib.
Açıqlamada, Çinin G-20-dəki iqtisadi vədlərinin əksinə addımlar atdığı və bu addımların əlaqədar razılaşmaları pozduğu qeyd olunub.
10% əlavə vergi
Bir neçə gün əvvəl ABŞ Başçısı Donald Tramp, 1 Sentyabrdan etibarlı olmaqla 300 milyard dollarlıq Çin məhsuluna 10% əlavə vergi qoyduqlarını açıqlamışdı. Pekin rəhbərliyi də bu addıma cavab verəcəklərini açıqlamışdı. Dünən son 11 ildə ilk dəfə Dollar/yuan məzənnəsi 7 səviyyəsini aşıb.
Çin və ABŞ-ın bir ildən çox müddətdir apardıqları müzakirələrin 11-cisi may ayının əvvəlində ABŞ-da aparılmışdı. Çinin baş müzakirəçisi, Baş nazirin köməkçisi Liu Hi, ABŞ-dakı müzakirələrdən əli boş qayıtmışdı.
Çin lideri Şi Cinping və ABŞ Prezidenti Donald Tramp, keçən ay Yaponiyada təşkil edilən G-20 Liderlər Zirvəsində ticarət müzakirələrinə davam etmək qərarı vermişdilər. G-20 Liderlər Zirvəsindən sonra 300 milyard dollar dəyərindəki Çin mallarına əlavə gömrük tarifi planının təxirə salındığını da açıqlamış Tramp, daha sonra Huawei-yə tətbiq edilən qadağaların ləğv edilməsinə yaşıl işıq yandırmışdı. Bu səbəbdən Trampın 300 milyard dollarlıq Çin məhsuluna 10% əlavə vergi qoyduqlarını açıqlaması çoxlarını təəccübləndirib.
Yuanın ucuzlaşması Çin məhsullarının ABŞ bazarında rəqabət qabiliyyətini artırır və Çinin ABŞ qarşısındakı ticarət artığını (profisitini) böyüdür.
Manipulyasiya sərmayə bazarında cinayət hesab edilir. Manipulyasiya fransızca mənşəli bir sözdür və Azərbaycanca qarşılığı bazar fırıldaqçılığı, hiyləgərlikdir.
ABŞ-a görə, pul vahidini ABŞ dolları qarşısında şüurlu bir şəkildə ucuzlaşdıraraq istehsalçılarına beynəlxalq ticarətdə haqsız rəqabət təmin edən ölkə manipulyatordur.
Keçmiş ABŞ Prezidenti Bill Klinton da 1994-cü ildə Çini "məzənnə manipulyatoru" elan etmişdi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 8 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
16 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)







