1.10 dollara düşən avro daha da ucuzlaşa bilər
FED-in ölkə iqtisadiyyatına maliyyə dəstəyinin gələcək aylarda da davam etdiriləcəyi haqqında açıqlamaları, dolların bahalaşmasına səbəb olub.
Amerika mərkəzi bank (FED) sədri Jerom Povel uçot faiz dəhlizini 2.00-2.25%-ə kimi azaldılması qərarından sonra mətbuat konfransında çıxışı zamanı ticarət böhranlarının qlobal iqtisadiyyata mənfi təsir etməsinin faizlərin də azaldılmasına səbəb olduğunu deyib. Faizlərin azaıldılması orta müddətli perspektivdə bazarlara və ABŞ iqtisadiyyatına dəstək olacaqdır. Bununla yanaşı, faizləin azaldılması qlobal risklərin ABŞ iqtisadiyyatına təsirləri fonunda ehtiyat addımdır.
FED əlavə faiz azaldılması haqqında da işarələr verib: "Məqsəd ABŞ iqtisadiyyatının on ildir davam edən inkişafını qorumaq üçün uyğun davranmaqdır", deyə Povel bildirib. İstiqraz alışı proqramının azaldılması da avqust ayında dayandırılacaqdır. Bundan öncə bu, oktyabr ayına planlaşdırılmışdır.
Povel dünənki faiz qərarının azaldılmanın uzun seriyasının yeganə və son tədbiri olmadığını da əlavə edib. Qeyd etmək lazımdır ki, növbəti faiz qərarı sentyabrda olacaqdır.
EUR/USD və GBP/USD məzənnələri də son iki ilin minimum səviyyələrini yeniləyiblər. 1.10$-a ticarət edilən avronun 1.09, 1.21$-a ticarət edilən funt isə 1.20$-a kimi ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da İngiltərə mərkəzi bankının faiz qərarı və saat 18:00-da Amerikanın sənaye sektoru ilə bağlı yayımlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






