Fed faiz qərarını açıqladı
Amerika Mərkəzi Bankı (Fed) 11 il fasilədən sonra faiz endirdi.
Qlobal bazarların səbirsizliklə gözlədiyi faiz qərarı açıqlandı.
"Marja"nın məlumatına görə, ABŞ Mərkəzi Bankının 2 gün davam edən iclası başa çatıb. İclasda faizin 2.50%-dən 2,25%-ə endirilməsi barədə qərar verilib.
Beləliklə, Fed faizi 0,25 faiz bəndi azaldıb və faizlər 2.25-2.50% aralığından 2.00-2.25% aralığına düşüb. Analitiklər də Fedin 0,25 bənd faiz endirəcəyini gözləyirdilər.
Fed faiz endirməsinə səbəblər olaraq qlobal prosesləri və zəif inflyasiyanı göstərib.
Fed balansın azaldılmasını 1 avqustda dayandıracaq.
Yavaşlayan iqtisadi artım sürəti, aşağı inflyasiya və ABŞ Prezidenti Donald Trampın tənqidləri Fed-i yenidən faiz endirməyə məcbur edirdi. Tramp, faiz artırmaqla Fed-in səhv etdiyini bildirir və tezliklə faizi aşağı salmağa çağırırdı.
Fed-in faiz azaltmasının səbəblərindən biri ticarət müharibələrinin mümkün təsirinin ölkəni iqtisadi böhrana sala biləcəyi ehtimalıdır.
Fed sonuncu dəfə faizi 2018-ci ilin Dekabr ayındakı toplantısında artırmışdı. Növbəti toplatılarda Fed rəsmiləri 2019-cu il üçün proqnozlarını mərhələli olaraq azaltmağa başlamışdılar. İyun toplantısında isə faiz endirimi siqnalı verilmişdi.
Fed sonuncu dəfə qlobal böhran zamanı, 1 May 2008-ci il tarixində faizləri 0.25 bənd aşağı salmışdı. Beləliklə, Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC), 2015-ci ilin sonunda başladığı sərt pul siyasətinə fasilə verdi.
Qərarın ardından Dollar Avro qarşısında təxminən 0,8% bahalaşıb və Avro/Dollar məzənnəsi 1.1069 səviyyəsini test edib.
Fed-in açıqlamasında qeyri-müəyyənliklərin davam etdiyi bildirilib, Bankın vəziyyətə uyğun şəkildə hərəkət etməyə davam etdirəcəyini qeyd olunub.
Əhalinin xərcləmələrinin artdığı bildirilən Fed-in açıqlamasında, iqtisadiyyatın mülayim bir sürətdə artmaqda davam etdiyi və məşğulluq bazarının güclü vəziyyətdə olduğu vurğulanıb.
Ümumi və baza inflyasiyanın Fed-in hədəfi olan 2 faizdən aşağı olduğunun altından xətt çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)





