"10 milyon insanı öldürmək istəmirəm"
ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xan ilə görüşü zamanı mətbuat nümayəndələrinə Əfqanıstandakı son vəziyyətlə bağlı açıqlamalar verib.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Əfqanıstanda müharibə aparmırıq, orada polis kimiyik. Polis olmaq istəmirik. Əgər Əfqanıstanda müharibə aparmaq istəsək bu müharibəni bir həftə ərzində qazana bilərdik. Əfqanıstan o halda yer üzündən silinərdi. Amma 10 milyon insanı öldürmək istəmirəm. Belə bir müharibə 10 gündə bitərdi, ancaq bu yolu seçmək istəmirəm. Əfqanıstanla bağlı, müharibəni udmaqla bağlı planlarım var. Pakistan bizə bu məsələdə yardım edəcək. 19 ildir bu ölkədəyik, bu həqiqətən gülməli bir vəziyyətdir" deyib.
Tramp, Pakistanın da köməyilə Əfqanıstanda uzun illərdir davam edən müharibə vəziyyətinə son qoyacaqlarına ümid etdiklərini dilə gətirib.
Talibanla danışıqlardan nəticə çıxacağına ümid etdiklərini və Pakistanın bu prosesdə ABŞ-a yardım edəcəyini qeyd edən Tramp, "Pakistan bu məsələdə çox şey edəcək, buna inanıram. Milyonlarla insanın həyatını xilas edəcək".
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
10 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
11 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























