“Mətanət A”nın “Ustalar Klubu” bölgələrdə təlimlərə start verdi
(®) Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti ölkənin peşəkar tikinti ustalarının bir çətir altında birləşdiyi “Ustalar Klubu”nun da ölkəmizdə ilk yaradıcılarındandır. Ustaların bilik və bacarıqlarının artırılmasını qarşısına məqsəd qoyan Ustalar Klubunda tez-tez ustalarla görüşlər keçirilir, treninq və seminarlar təşkil olunur, “Mətanət A” şirkətinin məhsulları ilə bağlı ətraflı məlumatlar verilir.
Bu günlərdə Ustalar Klubunun yeni silsilə görüş-təlimlərinə start verilib.
Bu dəfəki təlimlər əsasən şirkətin yeni brendi - AZERLIME suvaq və hörgü üçün əhəng məhsulunun tanıtımına həsr olunub. Bakı və Sumqayıt şəhərlərinin ardından tanıtım tədbirləri bölgələrdə davam etdirilir. Təlimlərin növbəti ünvanı Şimal bölgəsi olub. Xaçmaz şəhərində baş tutan təlimdə Quba, Qusar, Xudat, Siyəzən və Xaçmaz rayonlarından iki yüzdən artıq usta və “Mətanət A” şirkətinin məhsullarının daimi müştəriləri iştirak edib. İştirakçılar əvvəlcə tədbir məkanının foyesində təşkil olunan sərgidə “Mətanət A” şirkətinin məhsulları ilə tanış olublar. Daha sonra onlara AZERLIME suvaq üçün əhəng məhsulu ilə bağlı ətraflı məlumat verilib. Təlimə qatılan mindən artıq usta inşaat sektorunda unikal məhsul olan AZERLIME suvaq üçün əhəng məhsulunun hazırlanması və istifadəsi qaydaları ilə tanış olublar. Məhsulun üstün cəhətləri onlara əyani vəsaitlərlə nümayiş etdirilib.
Qeyd edək ki, AZERLİME suvaq və hörgü üçün əhəng məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 % azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir.
Təlim zamanı “Mətanət A” şirkətinin mütəxəssisləri ustaların AZERLIME suvaq üçün əhəng məhsulunun tətbiqi ilə bağlı suallarını da cavablandırıblar. Təlimlərin sonunda iştirakçılar arasında lotoreya çəkilişi həyata keçirilib, qaliblərə dəyərli hədiyyələr təqdim olunub.
“Ustalar Klubu”nun təlimləri gələn həftə də digər rayonlarda davam etdiriləcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
18 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb













.jpg)






.jpg)




