Saxta sənədlər hazırlayaraq 420 min manat mənimsəyiblər
Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma və mənimsəmədə ittiham edilən Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələrə saxta sənədlər hazırlayıblar. Belə ki, vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif layihələrin icra olunduğunu göstərərək ayrılan vəsaiti mənimsəyiblər.
Həmin sənədlər əsasında Emil Bədəlovun müxtəlif banklarda olan hesablarına pullar köçürülərək nağdlaşdırılıb.
İttihamda ümumi dəymiş zərər 420 min manat olaraq göstərilib. Kənd Təsərrüfatı Nazirliyi də bu məbləğlə bağlı mülki iddia qaldırıb.
Əşrəf Kabulov özünü qismən təqsirli bilib. O bildirib ki, bu işdə adı keçənlərdən yalnız Esmira Əliyevanı tanıyır: "Özüm uzun illər bankda işləmişəm. Esmira Əliyeva ilə də orada birlikdə çalışmışıq. 2015-ci ildə Esmira dedi ki, 4 şirkət lazımdır ki, pul köçürmə həyata keçirsin. Mən də ona 4 şirkətin adını verdim. Özü deyirdi ki, şirkətlərdən pul köçürülüb. Məndən yenə də şirkət istədi. Amma olmadığını dedim. Sonradan istintaqda məlum oldu ki, on beşə yaxın şirkətin adından köçürmələr edilib".
Prokuror xatırladıb ki, pulun 300 min manatdan çoxu Türkiyədəki şirkətin hesabına köçürülüb.
Məhkəmə iclasında Esmira Əliyeva da şahid qismində ifadə verib. Məlum olub ki, onun barəsində də cinayət işi açılıb və ayrıca icraata verilib.
Əlavə edək ki, bu işdə adı keçən Emin Bədəlov və Sevinc Zeynalova barəsində də ayrıca cinayət işi açılıb. Emin Bədəlov həbsdədir. Onlar barəsindəki cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Əşrəf Kabulovun cinayət işi üzrə məhkəmə iclasında dindirilən Esmira Əliyeva bank filialında baş mühasib işlədiyini deyib.
O, həbs edilən Əşrəflə dostluq münasibətinin olduğunu deyib.
Esmira Əliyeva pul köçürmələri haqqında bunları danışıb: "Emin Bədəlov mənə yaxınlaşıb pul köçürmək istədiyini, buna görə də şirkət lazım olduğunu dedi. Mən də Əşrəfə müraciət etdim. Bir neçə şirkət adı verməsini istədim. Ondan rekvizitləri alıb pul köçürmələrini etdim. Mənim bildiyim budur ki, Kənd Təsərrüfatı Nazirliyindən layihələrin icrasına ayrılan pullar köçürülürdü. Pul nağdlaşdırılaraq Emilə verilirdi".
Esmira Əliyeva bildirib ki, Əşrəfin bu məsələlərdən xəbəri olmayıb: "Pulu nə mən, nə də Əşrəf yeyib".
Vəkil arayış verib ki, Esmira Əliyevanın depozitdə olan 600 min puluna və əmlaklarına həbs qoyulub.
Müdafiəçi bu barədə şahidə suallar verib. Esmira Əliyeva bildirib ki, onun barəsində də cinayət işi açılıb və ayrıca icraata verilib: "Mən müstəntiqin yanına gedib-gəlirəm. Hələ işin necə olacağını bimirəm. Hansı əmlakıma, puluma həbs qoyulduğunu bilmirəm".
Proses davam edəcək.
Qeyd edək ki, Ə.Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Həmin iş üzrə ittihamda göstərilirdi ki, MTN əməkdaşları Ə.Kabulovdan barəsində cinayət işi açacaqları adı ilə 30 min manat pul alıb. Həmin cinayət işi də banklardan qanunsuz pul köçürmələri ilə bağlı olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 56 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















