Bu gün kritik əhəmiyyətdə məlumatlar açıqlanacaq
Bu gün ABŞ-da açıqlanacaq məşğulluq göstəriciləri Fed-in İyul ayındakı faiz qərarı üçün kritik əhəmiyyətdədir.
“Marja” xəbər verir ki, məşğulluq hesabatı, ABŞ Mərkəzi Bankı Fed-in faiz endirməkdən çəkinməsi və ya endirməsi üçün zəmin hazırlaya bilər.
Qlobal bazarlar, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) bu ay keçirəcəyi iclasda 25 bənd faiz endirəcəyini gözləyir. 25 bəndlik bir faiz endirimi haradasa qətidir, amma 50 bəndlik endirim də ehtimal olunur. Bu vəziyyət Cümə günü, məşğulluq göstəricilərinin proqnozdan çox fərqli çıxması halında sürətli bir şəkildə dəyişə, analitiklərin və investorların fikirlərini yenidən qurmalarına səbəb ola bilər.
İqtisadçıların proqnozlarına görə, kənd təsərrüfatı xaric məşğulluq artımının İyun ayında 160 min olduğu açıqlanacaqdır (Mayda artım 75 min təşkil etmişdi). İşsizlik nisbətinin 3.6% ilə yarım əsrin ən aşağı səviyyəsində qalması nəzərdə tutulur. Maaşların əvvəlki ayla müqayisə 0.3% və ötən ilin eyni dövrü ilə müqayisədə isə 3.2 faiz artacağı güman edilir. Mayda artımlar aylıq 0,2%, illik isə 3,1% təşkil etmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Hesabatın yaxşı çıxması Fed-in gözləmə mövqeyində qalmasına və ABŞ Xəzinə istiqraz faizlərinin yüksəlməsinə səbəb ola bilər. Bunun nəticəsində, investorlar sağlam əmək bazarına görə daha müsbət iqtisadi vəziyyətə qarşı hərəkət edəcəklər. Digər tərəfdən, göstəricinin pis çıxması Fedin faiz endirəcəyi ehtimalının güclənməsinə və Xəzinə istiqraz faizlərinin daha da düşməsinə səbəb ola bilər.
Məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
Saat | Valyuta | Göstərici | Proqnoz | Əvvəlki |
|
16:30 | USD | Orta saatlıq maaş artımı (Aylıq) (İyun) | 0,3% | 0,2% | |
16:30 | USD | Orta saatlıq maaş artımı (İllik) (İyun) | 3,2% | 3,1% | |
16:30 | USD | Kənd təsərrüfatı xaric məşğulluq (İyun) | 160 min | 75 min | |
16:30 | USD | İşsizlik nisbəti (İyun) | 3,6% | 3,6% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





