BP prezidenti Azərbaycan gənclərinə 3 məsləhət verib
"İstər 20, istərsə də 80 yaşında öyrənməyi dayandıran şəxs qoca hesab edilir. Biliklərini davamlı surətdə artıran şəxs isə daim cavan qalır".
Bunu Bakı Ali Neft Məktəbinin (BANM) məzun törənində çıxış edən BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
Öz tələbəlik illərini xatırlayan Q.Counz təcrübəsinə əsaslanaraq gənclərə tövsiyyələrini də verib:
"Sizə 3 məsləhət vermək istəyirəm. Birincisi qarşınıza böyük hədəflər qoyun. Bu yerə gəlib çatmaq üçün böyük əmək sərf etmisiniz. İndi isə bu ali məktəbin məzunu kimi ölkənizə və ümumilikdə dünyaya böyük töhfə vermək üçün möhtəşəm mövqeyə çatmısınız. Öz məzunluq dövrümü yadıma salanda düzünü desəm əminlikdən daha çox şübhə hissi keçirirdim və qarşıma çıxacaq imkanları tamamilə düzgün qiymətləndirmirdim. Qarşınıza çıxan imkanlardan faydalanın. Hədəfinizə çatmaqda sizi həvəsdən sala biləcək insanlara qulaq asmayın. Şübhəsiz ki, verilən məsləhətləri dinləyin. Lakin öz hədəfinizə sadiq qalın və öz yolunuzu izləyin.
İkincisi, uğursuz nəticələrdən qorxmayın. Öz komfort zonanızdan çıxmaq üçün yeni təcrübələri sınamağa çalışın. Həyatda heç bir nailiyyət bəzi uğursuzluqları yaşamadan əldə olunmur. İnsan həyatda ən çox uğursuzluqlardan və çətinliklərlə mübarizədən öyrənir. Geriyə nəzər saldıqda hesab edirəm ki, yaşadığım uğursuzluqlar mənim uğurlarım üçün mütləq şəkildə əhəmiyyətli rol oynayıb.
Üçüncüsü, hər şey münasibətlərdən asılıdır - siz insanlarla necə rəftar edirsiniz, necə davranıb ünsiyyət qurursunuz, mötivasiya edirsiniz. İnsanlara hörmətlə yanaşın və müxtəlif fikirlərə açıq olun. Siz ən ağıllı və istedadlı şəxs ola bilərsiniz. Lakin heç kimi sizi dinləmək və izləmək istəmirsə sizin nailiyyətiniz çox kiçik olacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























