"Neft qiymətlərində 62-72 dollar ədalətli bir dəhlizdir"
İnvestisiya bankı "Panmure Gordon"nun Neft və Təbii Qaz Araşdırma direktoru Colin Smith "Bloomberg"in suallarını cavablandırıb.
"Marja" xəbər verir ki, Smit, OPEC-in qərarını və qlobal iqtisadi səngimənin neftə necə təsir etdiyini qiymətləndirib.
Smit deyib:
"Neftdə çox böyük bir hərəkətlilik oldu. Bu ilin əvvəlində çox kəskin bir yüksəliş oldu. Neft qiymətlərində tarazlıq olması üçün, növbəti ilin ilk rübünə qədər istehsalın azaldılmasına davam edilməsi qərara alınıb. Neft əslində 62 ilə 72 dollar arasındakı dəhlizdə çox rahat hərəkət edir. Bu ədalətli bir dəhlizdir. Bunun səbəbi Səudiyyə Ərəbistanının bazarları dəstəkləmək öhdəliyi ola bilər. İstehsalın azaldılması sazişində iştirak edən bir çox ölkə var. Rusiya və digər üzvlər də buna töhfə verir. Eyni zamanda istehsal azalır. İran və Venesuelanın istehalları azalıb.
ABŞ-ın neft istehsalının da qiymətlər baxımından əhəmiyyətli olduğunu düşünmürəm.
ABŞ və Çin arasındakı vəziyyətə bir həll tapılsa bazarlar müsbət bir havaya girəcək. İqtisadiyyatdakı əks küləklər, ABŞ və Çindən daha geniş bir sahəni əhatə edir. OPEC və OPEC Plus təklif tərəfini idarə etmək istəyir. Bazarlar da təklif artıqlığı olmamasını və 2014-2015-də baş verənlərin təkrar olunmamasını istəyirlər. OPEC neft qiymətlərinin 60 dollardan aşağı düşməməsi üçün çox böyük addımlar atır".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)










