İrandan ABŞ-a etiraz notası
İran Xarici İşlər Nazirinin Müavini Abbas Arakçi, hava məkanlarının pozulması səbəbilə ABŞ-ın İsveçrənin Tehrandakı Səfirliyindəki ABŞ-ın Maraqlarını Qoruma Ofisinə etiraz notası təqdim edildiyini bildirib.
İran dövlət televiziyasının verdiyi xəbərə görə, Arakçi, ABŞ-ın İran hava məkanını və su sərhədlərini pozduğunu bildirib, Vaşinqton rəhbərliyindən sərhədlərinə hörmət göstərməsini və beynəlxalq sazişlərə sadiq qalmasını istədiklərini qeyd edib.
İran İnqilab Keşikçiləri Ordusu, səhər saatlarında Oman Körfəzi sahilindəki Hürmüzgan əyalətinə bağlı Kuhmubarek şəhəri sahilində "İran hava məkanını pozan" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4 Global Hawk" tipli dronun raketlə vurularaq endirildiyini açıqlamışdı.
ABŞ- İRAN GƏRGİNLİYİ
ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazı üzərində uçan ABŞ Hərbi Hava Qüvvələrinə aid insansız hava vasitəsinin İran tərəfindən vurulduğunu təsdiqləmiş, lakin sözügedən dronun "beynəlxalq hava məkanında" uçarkən vurulduğunu bildirmişdir.
ABŞ Prezidenti Donald Tramp da qısa müddət öncə "Twitter"də paylaşdığı mesajında ABŞ-a aid insansız hava vasitəni vuran Tehrana, "İran çox böyük bir səhv etdi" sözləri ilə reaksiya göstərib. Tramp, "İrana qarşı bir hücum planı varmı?" sualına isə "Yaxında görəcəksiniz" cavabını vermişdi.
Tehran ilə Vaşinqton arasındakı gərginlik, ötən həftə Oman körfəzində iki tankerə qarşı hücum səbəbindən daha da artıb. ABŞ rəhbərliyi hücumlarla bağlı İranı günahlandırmış, Tehran isə ittihamları rədd etmişdi.
ABŞ-ın 2018-ci ilin May ayında nüvə müqaviləsindən birtərəfli çıxaraq İrana sanksiyaları yenidən tətbiq etməyə başlamasından sonra Tehran-Vaşinqton xəttində yaşanan gərginliyin son həftələrdə baş verən hadisələr ilə toqquşmaya çevrilməsindən narahatlıq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
46 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
50 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























