“Bakı Kristal Zalı”nın gəliri 13 dəfə artıb, zərərdən çıxıb
“Bakı Kristal Zalı” MMC 2018-ci ili cüzi mənfəət ilə başa vurub.
“Marja” MMC-nin 2018-ci il dekabrın 31-nə maliyyə hesabatına istinadən xəbər verir ki, “Bakı Kristal Zalı” ötən il 2183 manat xalis mənfəət əldə edib. MMC, 2017-ci ili 10 milyon 460 min manat xalis zərər ilə bağlamışdı.
Ötən il MMC-nin cəmi əməliyyat gəliri 4 milyon 742 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 739 min manat təşkil edib. 2017-ci illə müqayisədə ötən il “Bakı Kristal Zalı”nın əməliyyat gəliri 12,8 dəfə artıb.
Müqayisə üşün qeyd edək ki, “Bakı Kristal zalı”nın əməliyyat gəliri 2016-cı ildə 91 min 124 manat, 2017-ci ildə isə 369 min 481 manat təşkil etmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
2017-ci illə müqayisədə ötən il MMC-nin inzibati xərcləri 2,5 dəfə azalaraq 3 milyon 893 min manata düşüb. 2017-ci ildə inzibati xərclər 9 milyon 989 min manat təşkil etmişdi. İnzibati xərclərin azalması illik köhnəlmə və amortizasiya xərclərinin 3 milyon 154 min manatdan 9 milyon 349 min manata geriləməsi ilə bağlıdır.
31 Dekabr 2018-ci il tarixində “Bakı Kristal Zalı” MMC 174 milyon 328 min 515 manat cəmi aktivlərə, 72 min 541 manat cəmi öhdəliklərə və 191 milyon 567 min 449 manat nizamnamə kapitalına malik olub. Əvvəlki illər yığılmış 17 milyon 311 min 476 manat zərər nizamnamə cəmi kapitmalın azalmasına səbəb olub. Cəmi aktivlərin 170 milyon 704 min manatını torpaq, tikili və avadanlıqlar təşkil edib.
Bakı Kristal Zalı - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub. Zalı idarə etmək üçün yaradılmış “Bakı Kristal Zalı” MMC dövlət müəssisəsidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb







.jpg)




.jpg)









.jpg)


