Türkiyənin nə qədər nağd valyutaya ehtiyacı var?
"Reuters"də yer alan bir analizə görə, Türkiyənin nağd ehtiyacı ən azı 40 milyard dollardır.
"Reuters", Marc Jones, Karin Strohecker və Tom Arnold imzası ilə Türkiyəyə dair analiz məqalə yayımlayıb. "Marja" xəbər verir ki, məqalədə son iki ildə Türk Lirəsinin Dollar qarşısında 40 faiz dəyər itirdiyi vurğulanıb. Mütəxəssis təxminlərinə görə, Türkiyənin nağd ehtiyacı ən azı 40 milyard, ən çoxu isə 90 milyard dollardır.
Türkiyənin maliyyə yardımı üçün variantlarına da toxunan "Reuters", Beynəlxalq Valyuta Fondunun (BVF, İMF) hökumət tərəfindən istənməyən bir variant olduğunu qeyd edib. Maliyyə yardımı haqqında bu ifadələr istifadə edilib:
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Keçən yay Türkiyənin yaxın müttəfiqlərindən Qətər 15 milyard dollarlıq maliyyə paketi və 3 milyard dollarlıq swap ilə Türk Lirəsini dəstəkləyəcəyini açıqlamışdı.
Mənbələr, Qətərin söz verdiyi 15 milyard dollarlıq maliyyə dəstəyi üzrə heç bir şey etmədiyini bildirirlər. Türkiyənin maliyyə problemləri haqqında Qətərdan uzun müddətdir bir açıqlama verilmir.
KÖRFƏZDƏ VARİANTLAR MƏHDUDDUR
Körfəzdəki digər variantlar isə məhduddur. Birləşmiş Ərəb Əmrlikləri və Səudiyyə Ərəbistanı böyük Türkiyə banklarının sərmayəçiləri arasındadır. İki ölkə ilə Türkiyənin arası 2017-dəki Qətər embarqosuna görə çox da yaxşı deyil.
AVROPA BİRLİYİ VARİANTI
Avropa Birliyi dövlətlərindən bəzilərinin hissə-hissə və ya birgə şəklində Türkiyəyə borc verə biləcəyi söylənilir.
Rusiya və Çinin BRICS vasitəçiliyi ilə təmin edə biləcəyi bir büdcəsi var. Lakin 100 milyard dollarlıq bu büdcə ölkələrə daha çox maliyyə köməkliyi etmək üçün deyil, infrastrukturun yeniləməsi üçün istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)




