Sterlinq May-ın istefasından sonra bahalaşıb
Funt-sterlinq Böyük Britaniyanın Baş naziri Theresa May-ın (Tereza Mey) istefasını açıqlamasının ardından dollar qarşısında 0.5% bahalaşıb. 1 funt-sterlinq 1.2714 dollara qalxıb.
Sterlinq bu ay Brexit qeyri-müəyyənliyi ilə 2.5%-dən çox ucuzlaşmışdı.
İngiltərə Birjası isə 0.6% yüksəlib.
Digər tərəfdən, kredit reytinqi agentliyi "Moody's" May-ın istefasının Brexit qeyri-müəyyənliyini artırdığını qeyd edərək "Müqaviləsiz Brexit ehtimalı da qüvvətləndi" şərhini edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Theresa May (Tereza Mey) 7 İyun 2019-cu il tarixindən etibarlı olmaqla istefa verdiyini açıqlayıb.
Böyük Britaniyannın Avropa Birliyindən (AB) çıxışı (Brexit) böhrana çevrilib.
May istefa çıxışında Brexit-i reallaşdıra bilmədiyi üçün məyus olduğunu bildirib. İstefası ilə əlaqədar Kraliçanı da məlumatlandırdığını bildirən May, "Referendumdan çıxan nəticəni həyata keçirməyə çalışdım. İngiltərə xalqı Avropa Birliyindən çıxmaq üçün səs vermişdir. Çıxış ilə əlaqədar hər şeyi müzakirə etdim. Birliyimizi qorumaq üçün və razılaşmanı həyata keçirə bilmək üçün edə biləcəyim hər şeyi etdim, 3 dəfə sınadım, amma təəssüf ki, bacara bilmədim.
Ölkənin mənfəəti üçün yeni Baş nazirin səyini davam etdirməsi tələb olunur. Brexit-i reallaşdıra bilməmək məni məyus edir, amma referendum nəticələrini mənim yerimə gələcək adamın davam etdirməsini istəyirəm. Ümid edirəm ki, Parlamentdə mənim bacara bilmədiyim ortaq fikir təmin olunar" ifadəsini istifadə edib.
May, çıxışının sonunda gözyaşlarına hakim ola bilməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Theresa May, 2016-da keçirilmiş Brexit referendumunun ardından o dövürki Baş nazir David Cameronun istefası ilə boşalan kresloya oturmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)







