"Avro/dollar 1.10-a qədər düşə bilər"
Holandiyanın qlobal bankı və maliyyə xidmətləri şirkəti "Rabobank"ın FX strategiya direktoru Jane Foley ticarət müharibəsinin ola biləcək təsirləri barədə danışıb, Avro/dollar üzrə proqnozunu açıqlayıb.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, "Rabobank" 1 avronun 1.10 dollara düşəcəyini gözləyir.
"Avro/Dollar bir neçə aydır müəyyən bir aralıqda gedib gəlir. Dollar güclənə bilər və Avro/dollar 1.10-a qədər geriləyə bilər. Çox böyük bir hərəkət deyil, lakin psixoloji olaraq böyük bir hərəkət olacaq. Dolların güclənəcəyini düşünməmizin səbəbi qlobal mühit və Çin iqtisadiyyatının ticarət müharibəsinə görə gördüyü təzyiqdir.
Qarşıdakı aylarda Çin yuanında zəifləmə görəcəyimizi düşünürük. Əgər belə bir şey olsa inkişaf edən bazarlardan və Asiya iqtisadiyyatlarından çıxış görə bilərik. Dollara təkrar girişlər ola bilər. İran tərəfindən gələn xəbərlər də geo-siyasi risk gətirir. Eyni zamanda, dollar "etibarlı liman" funksiyasını yerinə yetirir və bu şəkildə də güclü qalmağa davam edir. Bu an çox gərgin bir bazar mühiti mövcuddur".
Bakı vaxtı ilə saat 14:00-da Avro/dollar məzənnəsi 1.1153 səviyyəsində olub. Dollar avro qarşısında 0,1% də bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)







